İdman

Messi “Barselona”ya niyə qayıtmayıb? – Laporta açıqladı

Messi “Barselona”ya niyə qayıtmayıb? – Laporta açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay transfer dönəmində yenidən “Barselona”nın formasını geyinmək fürsəti olan Lionel Messi buna rəğmən, MLS təmsilçisi “İnter Mayami”yə keçib.

Fanat.Az xəbər verir ki, Messinin son anda Kataloniya təmsilçisinə keçməkdən imtina edib okeanın o tayına – Amerikaya üz tutmasının səbəbi bilinib.

“Barselona”nın prezidenti Joan Laporta “Esport3”-ə müsahibəsində Messinin qərarı ilə bağlı danışıb.

“Messi “Barselona”ya qayıtmaq istəyirdi. Sadəcə, Parisdə çox çətin dövr keçirmişdi. Atası mənə dedi ki, o, yenidən belə bir təzyiq altında oynamaq istəmir. Biz Leonun qərarına hörmət edirik və ona “İnter Mayami”də uğurlar arzulayırıq”.

Messi PSJ-də iki mövsüm keçirdikdən sonra MLS liqa təmsilçisi “İnter Mayami” ilə müqavilə bağlayıb. 36 yaşlı argentinalı forvardın yeni komandasında debütünün iyulun ikinci yarısında baş tutacağı gözlənilir.