İdman

Messi bu klubla anlaşdı – SON DƏQİQƏ!

Messi bu klubla anlaşdı – SON DƏQİQƏ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin hücumçusu Lionel Messi karyerasını “Əl Hilal”da davam etdirəcək.

Offsideplus.az “El Chiringuito”ya istinadən xəbər verir ki, argentinalı futbolçu Səudiyyə Ərəbistanı klubunun müqavilə təklifini qəbul edəcək.

Xəbərə görə, argentinalı ulduzun “Barselona”dan sabiq komanda yoldaşı olan Serxio Buskets də karyerasını sözügedən komandada davam etdirəcək. O, kollektivə Ər-Riyaddan qoşulacaq. Onun iki illik sözləşməyə imza atacağı gözlənilir.

Bundan başqa Kataloniya təmsilçisinin daha bir futbolçusu Jordi Alba da asiya təmislçisinə keçə bilər. O, “Barselona” ilə müqavilənin ləğvinə razılıq verərsə, bu reallaşacaq

Xatırladaq ki, 35 yaşlı ulduz futbolçu bir neçə gün öncə Səudiyyə Ərəbistana PSJ-nin icazəsi olmadan səfər etdiyi üçün iki həftəlik komandadan uzaqlaşdırılmışdı.

Qeyd edək ki, daha əvvəl “Əl Hilal”ın Messiyə ildə 400 milyon dollar ödəməyə hazır olması ilə bağlı xəbərlər yayılıb.