“İnter Mayami”nin superulduzu Lionel Messi MLS+MX Liqaları Kuboku çərçivəsində evdə “Atlanta Yunayted”ə qarşı keçirdikləri oyunda (4:0) iki qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.
Fanat.Az xəbər verir ki, 54-cü dəqiqədə meydana çıxan argentinalı komandasının qələbəsində böyük pay sahibi olmaqla yanaşı, fərdi uğura da imza atıb.
Belə ki, “Atlanta” argentinalı hücumçunun qol vurduğu 100-cü klub olub.
Qeyd edək ki, Messi bu yay PSJ-dən azad agent qimində ayrılaraq “İnter Mayami” ilə müqavilə bağlayıb.
Follow @7timesaz