İdman

Messi kimin sayəsində ilin ən yaxşısı seçildi? – FOTO

Messi kimin sayəsində ilin ən yaxşısı seçildi? – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina yığmasının kapitanı Lionel Messinin FİFA-nın versiyasına görə 2023-cü ilin ən yaxşı futbolçusu mükafatını niyə aldığı məlum olub .

Fanat.Az qurumun açıqladığı hesabata əsasən xəbər verir ki, Messi “Mançester Siti”nin ulduz forvardı Erlinq Holandla eyni sayda xal toplayıb (hər biri 48).

Holand məşqçilərin və jurnalistlərin səsverməsində liderlik etsə də, azarkeşlərin və milli komandaların kapitanlarının səslərinin sayına görə Messiyə uduzub.

Həlledici meyar milli komandaların kapitanlarından ən yüksək qiymətlərin sayı olub. Bu kateqoriyada Messi 107, Holand isə 64 xal toplayıb.