Lionel Messi PSJ klubu ilə yeni müqavilədən imtina etməyə yaxınlaşır.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, çərşənbə günü futbolçunun atası Xorxe Messi ilə PSJ-nin rəhbərləri arasında görüş olub . Nəticədə tərəflər razılığa gələ bilməyib.
Yaxın günlərdə Messi ilə PSJ arasında daha bir görüşün olacağı gözlənilir. Ancaq tərəflərin razılığa gələcəyi gözlənilmir.
Daha bir məlumata görə, klubla müqaviləsi bu mövsümün sonu başa çatacaq Messinin “İnter Mayami”yə keçmək istədiyi iddia olunub.
Follow @7timesaz