Lionel Messinin komandası – “İnter Mayami” MLS-də növbəti oyununa çıxıb.
7Times.az xəbər verir ki, sözügedən kollektiv “Monreal İmpakt”la qarşılaşıb.
Kanadanın Monreal şəhərindəki Saputo stadionunda baş tutan görüş “İnter Mayami”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Meydana start “11-lik”də çıxan Messi sonadək oynasa da, fərqlənə bilməyib. Beləliklə, argentinalı suprulduzun 11 oyunluq qol seriyası qırılıb.
Qeyd edək ki, 13 oyuna 27 xal toplayan “İnter Mayami” hazırda MLS-in turnir cədvəlində birinci yerdədir.
Fanat.Az
Follow @7timesaz