Argentina millisinin heyətində futbol üzrə dünya çempionu olmuş Lionel Messi karyerasını Amerikanın “İnter Mayami” klubunda davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə “TNT Sports” telekanalının jurnalisti Ernan Kastilyo sosial şəbəkədə yazıb.
“Messi “İnter Mayami”ni seçdi. Artıq heç bir görüş yoxdur”, – o yazıb.
Daha əvvəl “Sport.es” saytı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Messinin transferini iyunun 6-da açıqlamaq niyyətində olduğunu bildirib. Məlumata görə, Səudiyyə Ərəbistanından olan komanda artıq 2022-ci ilin dekabrında Argentina millisinin heyətində dünya çempionu adını qazanan Messi ilə müqavilə imzalamağa razılaşıb. Lakin transfer barədə məlumat verilməyib.
Messi mayın 3-də Fransa çempionatının XVIII turunda “Pari Sen-Jermen”in heyətində meydana çıxaraq “Klermon”a qarşı matçda son oyununu keçirib. Onun parislilərlə müqaviləsi bu il iyunun sonunda başa çatır. O, 2021-ci ildə PSJ-yə keçib. Bundan əvvəl, hücumçu karyerası boyunca “Barselona”da oynayıb.
Follow @7timesaz