Maqazin

Mətanət İsgəndərlinin gəlini apellyasiya şikayəti verdi

Mətanət İsgəndərlinin gəlini apellyasiya şikayəti verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canana) keçmiş əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib.

7times.az xəbər verir ki, Aynur Həmidova məhkəmənin hər üç uşağının atasında qalması ilə bağlı qərarından narazıdır.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Qürbət Əsgərovun sədrliyi ilə 2022-ci ilin yanvar ayının 25-də baxılacaq.

Qeyd edək ki, bu ilin oktyabr ayında Binəqədi Rayon Məhkəməsi A.Həmidovanın boşanma tələbini təmin edib. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib və ata tərəfindən ümumilikdə aylıq 525 manat alimentin ödənilməsi dayandırılıb.

Xatırladaq ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.