Maqazin

Mətanət paxıllığını çəkənlərə: “Ölün!“

Mətanət paxıllığını çəkənlərə: “Ölün!“backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu camiyədə iblislər, ilanlar var. İçlərində isə bu dünya boyda qurd var”.

Bu sözləri müğənni Mətanət Əsədova 7Times.az-a açıqlamasında deyib.  O əlavə edib: “Mənə 20 nəfər zəng edib deyir ki, əgər sənə hədiyyə olunan o evi istəmirsənsə, ver mənə. Belə şey olur? İnsanlara deyirəm ki, yalan və quraşdırma işlərdən zəhləm gedir. Bizi xəlq edən Allaha and olsun ki, bu ev hədiyyəsi yalan deyil”.

Sənətçi ona bir pərəstişkarı tərəfindən hədiyyə olunan mənzili burnundan gətirmək istəyənlərə canlı efirdə “od püskürüb”:

“İnsanlar elə bilirlər ki, küçədə qalmışam. Söyləyirlər ki, götür o evi. Elə danışırlar ki, sanki onların evində qalıram, avtomobillərini sürürəm, yeməklərini yeyirəm. Siz gəlin hələ bu qızın bir faizini oxuyun, onun insanlığı və mədəniyyəti sizdə olsun… Ömür boyu Mətanətə paxıllıq edib, ölmüsünüz. Ölün!”

Əsədova onun paxıllığını çəkib, quyu qazan həmkarlarına barmaq silkələyərək, sonuncu dəfə xəbərdarlıq göndərib:

“Allah hər kəsə bir alın yazısı yazır, bir yol çəkir. Bunu hər zaman deyirəm gedin məni Şirvanımdan soruşun, görün kimin qızıyam, hansı ailə böyümüşəm, nələri qurban verib, gəlmişəm bu sənətə. Axır gəlməyim olardı, kaş heç gəlməzdim. Tamaşaçıların mənə olan sevgisini belə çox görüb, paxıllığımı çəkirlər. Səhnəyə çıxıb “ciyildəməklə” deyil. Onların nəinki adlarını çəkərəm, hətta onları millətin içində çırparam. Kimdirlər ki, onlar. Onların yanında dilim qısa deyil. Xalq onları da, məni də çox gözəl tanıyır. Zülm-zillətlə bu sənətə gəlmişəm. Ömür boyu zülm çəkmişəm. Ömür boyu nəyim olubsa, yetimlərlə paylaşmışam.

İmkanlının yanında yox, kasıbın, çöldə qalanın, atılanın yanında olmuşam. Mətanətdə olan sizdə yoxdur, ölün yerə girin. Beynim bir gün çıxacaq yerindən, adlarını çəkib, kimin hansı işlərlə məşğul olacağını deyəcəyəm. Xodunuzu biraz alın. Özünüzü adam kimi aparın. Elə etməyin ki, bir dəqiqənin içində hər şeyinizi danışaram, ölüb qalarsınız yerinizdə”.

7Times.az