“Bakı metropolitenində ümumilikdə bu günə qədər heç bir şübhəli hal aşkarlanmayıb”.
7times.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, mühafızə nəzarət profilaktik tədbirləri ən müasir üsullarla tənzimlənir:
“Metro qatarlarda və eyni zamanda vestibüllərdə xidmət aparan əməkdaşlarımızla yanaşı müasir informasiya texnologiyaları cihazları var ki, mövcud qaydalara riayət etməyən şəxsləri müəyyən edir və onlar barəsində aidiyyəti üzrə tədbirlər görülür”.
Follow @7timesaz