Portuqaliya millisinin və “Milan”ın ulduz hücumçusu Rafael Leau futbol dünyasındakı kumirlərinin adını çəkib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı forvardın dediklərini “Corriere dello Sport” belə çatdırıb:
“Mənim kumirim Kristianu Ronaldudur. Uşaqlıqda isə Ronaldinyonu çox bəyənirdim”.
Rafael bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Ronaldu isə 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı “Əl-Nəsr”ində çıxış edir. Bu mövsüm 39 yaşlı forvard 20 matçda iştirak edib, 22 qol vurub və 9 məhsuldar ötürmə verib.