Ölkə

Millət vəkili Fazil Mustafa Təhsil Nazirliyinə “OD PÜSKÜRDÜ” – “Utanmadan…”

Millət vəkili Fazil Mustafa Təhsil Nazirliyinə “OD PÜSKÜRDÜ” – “Utanmadan…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İmişli rayonu Aranlı kənd məktəbinin müəllimi bir neçə gün öncə sosial şəbəkədə həyəcan təbili çalıb ki, təhsil ocağında ayaqyolu bərbad vəziyyətdə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Həmin müəllimə bu yolla çox vacib bir problemi ictimailəşdirib. Doğrudan da, öz uşağınızı təsəvvür edin, belə bir məktəbə necə rahatlıqla gedə bilər?”.

7Times.az  xəbər verir ki, bu sualla Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib.

 

O, həmin müəllimin cazalandırılmasını yaramazlıq kimi dəyərləndirib:

 

“Bu cəsur və qeyrətli müəllimə əhsən! Sağ ol, Azərbaycanın ləyaqətli və övladlarımızın taleyinə biganə qalmayan müəllimi! Sənə töhmət verən yaramazlardan qətiyyən qorxma, ver məhkəməyə, hüquqi müdafiəniz üçün nə lazımsa şəxsi vəsaitim hesabına bütün dəstəyi verəcəyəm. Bir də danışın, kəndin nüfuzlu və dürüst adamlarından bir neçəsi qabağa düşsün, o məktəbin tualetinin tikintisi üçün tanıdığım imkanlı adamlara müraciət edəcəyəm ki, yardım etsin. Öz maaşımdan da bu tikintiyə yardım edəcəyəm. Təcili bu problem həll olunmalıdır. Təki Azərbaycan övladları təhsildə geri qalmasınlar”.

Millət vəkili budəfəki hadisə ilə əlaqədar təhsil naziri Emin Əmrullayevə müraciət ünvanlayıb:
“Bir dəfə də orta məktəb müəlliminə uşaqların qeyri-etik davranışına görə töhmət verilmişdi, o zaman da bunun yanlış olduğunu söyləmiş və həmin müəllimi müdafiə etmişdim. Hörmətli elm və təhsil naziri Emin müəllimə müraciət edirəm, müəllimə qarşı bu təzyiq formasını şəxsən araşdırıb, lazımi tədbir görsün. Müəllim təhsilin keyfiyyətinə mane olan problemi ictimailəşdirib, ona təşəkkür etmək yerinə, utanmadan töhmət verilir. Müəllimləri belə rahat və keyfi şəkildə əzmək, gözüqıpıq duruma salmaq yolverilməzdir. O müəllimi tanımıram, adını da bilmirəm, ancaq MÜƏLLİMin kim olduğunu və hansı dəyərə sahib olduğunu şükürlər olsun ki, yaxşı bilirəm”,  – Fazil Mustafa vurğulayıb.

 

Xatırladaq ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində işləyən Leyla müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Məktəbin direktoru isə müəllimə töhmət verib. Mətbuata açıqlama verən müəllim deyib ki, belə haqsız töhmətlər onu qətiyyən qorxutmur.