UEFA Millətlər Liqasında final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri qarşılaşıb.
Final qarşılaşmasının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən ispanlar (5:4) çempionluğu bayram ediblər.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente qələbəni belə şərh edib:
“Bu həftə penaltilər və nəzarət edə biləcəyimiz bütün sahələr üzərində işlədik. Çox rahat idik. Karvaxal özünü yaxşı tərəfdən sübut etdi. O, əla xarakterə sahibdir. Unutmayaq ki, turnirdə Avropanın 16 ən yaxşı komandası iştirak edirdi. Finala yüksəlmək böyük nailiyyətdir. Etibar qazanmışıq. Təcrübəsi olan və dünya çempionatında üçüncü yeri tutan ən güclü komanda bizə rəqib oldu. Bu, böyük qələbədir. Ümumiyyətlə, biz daha əvvəl qalib gəlməyə layiq idik. Lakin bu yolla daha da epik oldu. Futbolçulara görə çox şadam. Onlar əla iş gördülər”.
Xatırladaq ki, üçüncü yer uğrunda qarşılaşma isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun qeydə alındığı bu matçdan qalib ayrılan İtaliya yığması bürünc medallara sahib çıxıb.
Follow @7timesaz