Milli fasiləyə Misli Premyer Liqasında 2-ci pillədə yollanan “Qarabağ”ı həm MPL-də, həm də Avropa Liqasında ağır qrafik gözləyir.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin 5 futbolçusu Azərbaycan millisinin heyətinə dəvət alıb. Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Rahil Məmmədov və Nəriman Axundzadə əsas milliyə, Amin Ramazanov isə U-21 komandasına çağırılıb. Legionerlərdən isə 5 oyunçu – Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunublar.
“Bayer 04” klubuna qarşı oyununda zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyov isə noyabrın 20-dən yüngül məşqlərə start verəcək.
10 futbolçusu milli fasilədən qayıdandan sonra Ağdam təmsilçisini ağır oyun qrafiki gözləyir. Komanda noyabrın 24-dən etibarən dekabrın sonunadək 8 qarşılaşma keçirəcək. Bu oyunlardan 2-i Avropa Liqaları, 5-i çempionat, 1-i isə Azərbaycan Kuboku matçıdır.
Oyun təqvimi aşağıdakı kimidir:
MPL
24 noyabr
“Sabah” – “Qarabağ”
AL
30 noyabr
“Molde” – “Qarabağ”
MPL
4 dekabr
“Qarabağ” – “Qəbələ”
8 dekabr
“Sumqayıt” – “Qarabağ”
AL
14 dekabr
“Qarabağ” – “Hakken”
MPL
18 dekabr
“Qarabağ” – “Neftçi”
Azərbaycan Kuboku
19-21 dekabr
“Qarabağ” – (rəqib hələ ki bəlli deyil)
24 dekabr
“Zirə” – “Qarabağ”