Ölkə

Millimiz bu gün Monqolustanla qarşılaşacaq

Millimiz bu gün Monqolustanla qarşılaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.

 

7Times.az -ın məlumatına görə, Azərbaycan millisi birinci görüşünə çıxacaq.

 

Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.

 

“FIFA series – Edition 2024”

22 mart

20:00. Azərbaycan – Monqolustan

 

Baş hakim: Zorbay Küçük (Türkiyə)

 

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu