İdman

Millimiz Estoniyanı məğlub etsə, futbolçulara bu qədər “premya” veriləcək – EKSKLÜZİV

Millimiz Estoniyanı məğlub etsə, futbolçulara bu qədər “premya” veriləcək – EKSKLÜZİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Estoniyanı sınağa çəkəcək.

AFFA Avstriya və İsveçlə oyunlarda (1:4, 0:5) alınan biabırçı məğlubiyyətlərdən sonra tsiklda qazanılacaq ilk qələbəyə görə milli üzvlərinə mükafat vəd verib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, qurum Estoniya üzərində əldə olunacaq qələbəyə görə əsas heyət üzvlərinə 25 min manat məbləğində “premya” verəcək.

Xatırladaq ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.