İdman

Millimizə Tokio-2020-də ilk medalı qazandıran İrina Kindzerska KİMDİR?

Millimizə Tokio-2020-də ilk medalı qazandıran İrina Kindzerska kimdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bu gün Tokio-2020-də ilk medalını qazanıb.

7times.az xəbər verir ki, cüdo yarışlarında +78 çəkidə mübarizə aparan İrina Kindzerska üçüncü yer uğrunda döyüşdə çinli rəqibi Hu Şinyana ipponla qalib gələrək bürünc medalı təmin edib.

Bununla da Azərbaycan cüdo millisi Yay Olimpiya Oyunlarında çıxışı başa vurub. 9 idmançımızdan yalnız biri medal qazana bilib.

İrina Kindzerska milliləşdirilmiş idmançımızdır. Həyat yoldaşı azərbaycanlı keçmiş cüdoçu Həmid Əliyevdir.

O, 1991-ci ilin iyunun 13-də Ukraynanın Xmelnitsk vilayətində anadan olub. O, 2017-ci ildən Azərbaycan millisində çıxış etməyə başlayıb. Millimizlə iştirak etdiyi İslam Həmrəylik Oyunları  (2017) və Avropa çempionatında (2020) 2-ci, dünya çempionatı (2017) və Avropa Oyunlarında (2019) isə 3-cü yeri tutub. İrina Kindzerska 2013-cü ildə Ukrayna millisinin üzvü kimi Avropa çempionatının bürünc medalını qazanıb.

İrina bir müddət əvvəl verdiyi müsahibədə deyib: “Azərbaycanın qazandığı bu tarixi qələbə (Vətən Müharibəsindəki qələbə nəzərdə tutulur – red.) məni həqiqətən də sevindirdi. Həyat yoldaşımla birgə qələbə xəbərini eşidəndə çox kövrlədik. Bildiyiniz kimi, mənim həyat yoldaşım azərbaycanlıdır. O, mənə Azərbaycanın tarixi, əzəli torpaqları, həmçinin doğulduğu Cəbrayıl rayonu barədə çox məlumat verib. Mən bu qələbə münasibəti ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Azərbaycanın günü-gündən daha da çiçəklənəcəyinə inanıram. Arzu edirəm ki, Olimpiya Oyunlarının qələbə sevincini Cəbrayılda qeyd edim”./qol.az/