Maqazin

Milyarder repçi vaksinasiyaya görə Avstraliyaya buraxılmaya bilər

Milyarder repçi vaksinasiyaya görə Avstraliyaya buraxılmaya bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adını “Ye” olaraq dəyişdirən dünyaca məşhur milyarder repçi Kanye Uest vaksinasiyaya görə Avstraliyaya buraxılmaya bilər.

 

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, repçi yalnız tam vaksinasiyadan keçdiyi halda ölkəyə girişinə və “Donda” albomuna təqdimat mərasimi keçirməsinə icazə veriləcək.

Qeyd edək ki, Kanyenin peyvənd qəbul edib-etməməsi isə hələlik sirr olaraq qalıb. Ötən il bu barədə danışan milyarder peyvəndin yalnız 1 dozunu aldığını açıqlamışdı. Repçi 2020-ci ildə “Forbes” jurnalına verdiyi müsahibədə isə vaksinasiyanı “vəhşilik əlaməti” adlandırmışdı.