Mingəçevirdə ticarət mərkəzinin önündə 52 yaşlı kişi bıçaqlanıb.
7times.az xəbər verir ki, hadisə Mərkəzi Bazarın yanında, hər kəsin gözü qarşısında baş verib.
Tərtər rayonundan olduğu deyilən 52 yaşlı Fəxri Qasımov kürəyindən bıçaqlanaraq ağır xəsarət alıb. Onun bir qadın tərəfindən bıçaqlandığı bildirilir. Yaralı ağır durumda xəstəxanaya çatdırılaraq dərhal əməliyyata alınıb. Hadisənin hansı zəmində baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır. APA
Follow @7timesaz