İdman

Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda -VİDEO

Minifutbol üzrə Avropa çempionatının kuboku Bakıda -VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa çempionatı zamanı minifutbol üzrə milli komandamızın qazandığı kubok xüsusi avtobusda şəhərin əsas hissələrində nümayiş olunub. 

7Times.az  xəbər verir ki, saat 16:30-dan etibarən Hüseyn Cavid parkının yanından yola düşən avtobus və milli komandanın üzvləri, eləcə də azarkeşlər şəhər turu çərçivəsində “Flame Towers”, Qoşa Qala qapısı, Qız qalası, Azneft meydanı və Bayraq meydanı istiqamətində marşrut üzrə hərəkət edib. Avtobus Zəfər Parkı ilə hərəkət edərək Ağ Şəhər Bulvarında dayanacaq.

Bu gün saat 19:00-da Ağ Şəhər Bulvarında konsert proqramı da təşkil olunacaq.

Şəhər turundan görüntülər təqdim olunur: