“ATƏT-in Minsk qrupu “artıq bir neçə müddətdir ki, fəaliyyət göstərmir”. Bunu çərşənbə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays etiraf edib.
“Amma biz ikitərəfli, ATƏT vasitəsilə çoxtərəfli əsaslarla, tərəfdaşlarımız və tərəflərin özləri ilə birlikdə bu münaqişənin həlli üzərində işləməyə hazırıq” – deyə o, “Turan”-ın Vaşinqtonun vasitəçilik səyləri haqqında suallarına cavabda bildirib.
“Qarabağdan söhbət getdikdə, ABŞ Avropalı tərəfdaşları ilə “sıx əməkdaşlıq edir”. Bizim Avropalı tərəfdaşlarımızın müşahidə missiyaları var, onlar yerlərdədirlər. Biz onlarla məlumatları bölüşürük, onlar da eyni şeyi edir” – deyə, o qeyd edib.
“Biz dayanıqlı sülhə və gərginliyin azaldılmasına nail olmaq üçün səmərəli hesab etdiyimiz addımları atmağa davam edəcəyik” – deyə, Prays sözünə davam edib.
Praysın şərhləri Azərbaycan XİN-in mətbuat katibinin Vaşinqtonun Laçın yolu ətrafında vəziyyətlə bağlı narahatlıqlarını təkzib etməsindən sonra səslənib.
“Hesab edirik ki, danışıqlar irəliyə aparan yoldur. Biz ilkin tələbat məhsullarından və yaşamaq üçün ərzaqlardan asılı olanların humanitar tələbatlarını təmin etmək üçün hərəkət azadlığını bərpa etməyə çağırdıq” – deyə, Prays bildirib.