Dünya

Minskdən Zelenskiyə cavab: Yaxın tarixinə nəzər sal…

Minskdən Zelenskiyə cavab: Yaxın tarixinə nəzər sal…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Ukrayna rəhbərliyinin məsləhətinə ehtiyac duymur. Biz sadəcə dəstək və anlayış hiss etmək istəyirik.

7times.az xəbər verir ki, belə bir bəyanatla Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoliy Qlaz çıxış edib.

“Bilirsiniz ki, Ukrayna bizim üçün qardaş ölkədir. Ukrayna xalqı isə belaruslar üçün qardaşdır. Buna görə də, ölkəmiz belə çətin bir vəziyyətdə olanda, bir növ dəstək və ya ən azı anlayış istəyərdim. İndiki vəziyyətdə bizim heç bir məsləhətə ehtiyacımız yoxdur. Ukrayna rəhbərliyi yaxın tarixinə, siyasi gedişlərinə nəzər salsa, daha yaxşı olar”, – Qlaz bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Belarus rəhbərliyinin yeni seçki keçirməli olduğunu bildirmişdi. axar.az