Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Vətən üçün Tavuş” hərəkatında iştirak edən diplomatları fərari adlandırıb.
7Times.az xəbər verir ki, o, bu barədə ATƏT-in hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borqla keçirdiyi mətbuat konfransında deyib.
“Sizin dediyiniz təcrübəli diplomatlar Ermənistana təcavüz edildiyi günlərdə öz vəzifələrini, səngərlərini tərk etmiş fərarilərdir. Bu, onlara qarşı verə biləcəyim ən yumşaq qiymətdir”, – o bildirib.
Mirzoyan qeyd edib ki, o, belə davranışları görüb onları ciddi qəbul edə bilmir.
Follow @7timesaz