Dünya

Mişa üçün yeni aksiya: Prezidentə tarixi şans veririk!

Mişa üçün yeni aksiya: Prezidentə tarixi şans veririk!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcü fəallar Tiflisdə Gürcüstan Prezidentinin iqamətgahı qarşısında aksiya keçirərək, keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv olunmasını və azadlığa buraxılmasını tələb edirlər.

Axar.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

“Bu, sırf Mişaya dəstək aksiyasıdır. Hətta Mişanın günahsız olduğunu etiraf etməyən, lakin onu siyasi məhbus sayanlar da bura toplaşır. Salome Zurabişvilinin qütbləşməni başa çatdırmaq üçün tarixi şansı var”, – deyə aksiyanın təşkilatçısı Nanuka Jorjoliani bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın hazırki prezidenti Salome Zurabişvili Saakaşvilini heç vaxt əfv etməyəcəyini bildirib.