Dünya

Misir fələstinlilərə görə təcili iclas çağırır

Misir fələstinlilərə görə təcili iclas çağırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir fələstinlilərlə bağlı ciddi hadisələri müzakirə etmək üçün fevralın 27-də Ərəb Dövlətləri Liqasının fövqəladə sammitini çağıracaq.

7Times.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp fələstinliləri başqa yerə yerləşdirdikdən sonra Qəzzanın İsraildən alınmasını və “Yaxın Şərqin rivyerası”nın yaradılmasını təklif etmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu da fələstinlilərə Səudiyyə Ərəbistanında öz dövlətlərini yaratmağı təklif etmişdi.

Axar.az