Misirdə 2020-ci ilin iyul ayından bəri ən yüksək sutkalıq COVID ölümü qeydə alınıb.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, son sutka ərzində 71 nəfər koronavirus nəticəsində yaranan ağırlaşdırıcı hallar səbəbindən vəfat edib ki, bu da ötən 16 ayın antirekordudur.
Bununla da, Misirdə ölümcül virusun qurbanlarının toplam sayı 19 707 nəfərə çatıb.
Həmçinin, son 24 saat ərzində ölkədə 960 yeni yoluxma halı aşkar edilib.
Mənbə: TASS
Follow @7timesaz