Dünya

“Miss Russia 2023” seçildi – Foto

“Miss Russia 2023” seçildi – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Miss Russia 2023” müsabiqəsinin finalı baş tutub.

Axşam.az xəbər verir ki, qalib Sankt-Peterburqdan olan 22 yaşlı Marqarita Qolubeva olub. O, ötənilki qalib Anna Linnikovanın əlindən 1 milyon rubl və tacı təhvil alıb. Bundan sonra Marqarita Rusiyanı “Miss Kainat” və “Miss Dünya” beynəlxalq müsabiqələrində təmsil edəcək.

“1-ci vitse-Miss Rusiya – 2023” titulunu Tolyattidən olan Yelizaveta Dudina qazanıb. “2-ci vitse-Miss Rusiya – 2023” titulunun qalibi Saxa Respublikasından olan Lyubov Xoxlova olub.

Qeyd edək ki, Marqarita Rusiya Gömrük Akademiyasının Gömrük işi fakültəsinin 5-ci kurs, eyni zamanda Moskva Dövlət Mədəniyyət İnstitutunun Musiqi İncəsənət fakültəsinin 2-ci kurs tələbəsidir. 2021-ci ildə Birinci Kanalda “Səs” şousunda iştirak edib.