Dünya

Mixail Jvanetski vəfat etdi

Mixail Jvanetski vəfat etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur satirik yazıçı, aktyor Mixail Jvanetski 87 yaşında vəfat edib. 

7times.az xəbər verir ki, bu barədə “RBK”ya yazıçının nümayəndəsi Oleq Staşkeviç məlumat verib.

Yazıçının ölüm səbəbi açıqlanmır.

Yaxınlarının bildirdiyinə görə, Jvanetski ötən ildən yaşla əlaqədar 2002-ci ildən bəri aparıcısı olduğu “Rossiya 1” telekanalında yayımlanan proqramdan ayrılıb və fəaliyyətini yalnız yazıçı kimi davam etdirib.

Qeyd edək ki, Mixail Jvanetski 1934-cü ildə Odessada anadan olub. “Küçələrdə görüşlər”, “Mənim Odessam” və digər kitabların müəllifidir.

Rusiya və Ukraynanın Xalq artistidir. qafqazinfo