Hadisə

MN-in vəzifəli şəxsi istintaqa cəlb edilib, yanacaq satmaqda ittiham olunur

MN-in vəzifəli şəxsi istintaqa cəlb edilib, yanacaq satmaqda ittiham olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxs istintaqa cəlb edilib.

7Times.az xəbər verir ki, “Bakı Korpusu”nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb.

O mənimsəmədə və rüşvətalma da təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək məniməsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

Polkovnik barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməyə təqdim edilib. Yaxın zamanda onun barəsində qərar qəbul ediləcək.