Dünya

Modi Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib

Modi Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Cozef Baydenlə telefonla danışıb.

7Times.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, söhbət zamanı müxtəlif regional və qlobal məsələlər, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

“Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və orada hindular üçün normal yaşayış və təhlükəsizliyin tezliklə bərpa edilməsinin vacibliyini vurğuladıq”, – Modi vurğulayıb.

Modi söhbət zamanı Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha ifadə edib.