Rotterdamda keçirilən Millətlər Liqasının yarımfinalında Niderlanda 4:2 hesabı ilə qalib gələn Xorvatiya millisində son nöqtəni 116-cı dəqiqədə ulduz futbolçu Luka Modriç qoyub.
Fanat.Az xəbər verir ki, canlı yayımda Niderlandın NOS telekanalının əməkdaşı ilə oyunu yüksək səviyyədə keçirən 37 yaşlı yarımmüdafiəçi arasında maraqlı dialoq yaşanıb.
Matçdan sonra dövlət televiziyası üçün matçı şərh edən “Real”ın oyunçusu gözlənilməz sualla qarşılaşıb: “Xahiş edirəm, pasportunuzu mənə verin, onu yoxlamaq istəyirəm. Çünki sənin guya 37 yaşın var və 119-cu dəqiqəyə kimi belə oynayıb qaçmağınız inanılmazdır”.
Modriç bərkdən gülərək niderlandlı jurnalistə belə cavab verib: “Heç bir problem yoxdur, istəsəniz müsahibədən sonra göstərərəm. Bəli, pasportumda sizin dediyiniz qədər yaşlı olduğum göstərilir. Nə deyim? Azarkeşlər mənə o qədər sevgi və hörmət göstərir ki, bu yaşda hələ də oynamaqdan həzz alıram”.
Qeyd edək ki, Xorvatiya millisinin finaldakı rəqibi bu gecə keçiriəcək İspaniay – İtaliya oyununda müəyyənləşəcək.
Follow @7timesaz