Cümə axşamı günü Avropa Liqasının H qrupunda “Qarabağ” səfərdə “Molde” ilə heç-heçə etdi – 2:2.
Oyun zamanı tribunalarda azərbaycanlı azarkeşləri də gördük. Sayları az olsa da, bəzən onların səsi yerli publikanı susdururdu. “Aker” stadionunda “Qarabağ” azarkeşləri üçün 737 yer ayrılmışdı. Görəsən, qarşılaşmanı neçə azərbaycanlı fanat izləyirdi?
Sualımızı klubun mətbuat katibi Anar Hacıya ünvanladıq. Ağdam təmsilçisinin rəsmisi “Offsideplus.az”a açıqlamasında bunları söylədi:
“Cəmi 45 bilet satılmışdı. Havanın dəhşətli soyuq olması saya təsir etmişdi. Buna baxmayaraq, azarkeşlərimiz bizə sona kimi dəstək oldular. Onlara minnətdarıq”.
Follow @7timesaz