Dünya

Moldova Ukraynadan taxılın idxalına məhdudiyyət qoymayacaq

Moldova Ukraynadan taxılın idxalına məhdudiyyət qoymayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Ukraynadan taxıl bitkilərin idxalına hələlik məhdudiyyət qoymamaq qərarına gəlib.

7Times.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Vladimir Bolya “TVR Moldova” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məhdudiyyətlər problemləri həll etməyəcək və heç bir nəticə verməyəcək.

O əlavə edib ki, idxala məhdudiyyətlər nə moldovalı fermerlər üçün satış qiymətlərini artıracaq, nə də xərcləri azaldacaq.

V.Bolya həmçinin bildirib ki, Kişinyov Ukraynadan Moldova vasitəsilə taxılın tranzitinə qadağa tətbiq etməyi düşünmür.