Dünya

Monqolustan prezidenti Putinə təminat verib – “Gəlsə, həbs olunmayacaq…”

Monqolustan prezidenti Putinə təminat verib – “Gəlsə, həbs olunmayacaq…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monqolustan Rusiya prezidenti Vladimir Putini əmin edib ki, o, ölkəyə gələrsə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edilməyəcək.

7Times.az  xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Kremlə yaxın iki mənbəyə istinadən yazıb.

Putin Xalxin Qol çayında sovet və monqol qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün sentyabrın 3-də Monqolustana səfər edəcək.Onu ölkə Pprezidenti Uxnaaqiyn Xurelsux dəvət edib. Bu, onun həbsinə order verildiyi 2023-cü ilin martından bəri Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmiş ölkəyə ilk səfəridir.

Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kremlin prezidentin qarşıdan gələn səfəri ilə bağlı hər hansı narahatlığının olub-olmaması ilə bağlı sualına cavab olaraq deyib: “Xeyr, narahatçılıq yoxdur”.

Monqolustan 2000-ci ildə Roma Əsasnaməsini imzalayıb və 2002-ci ildə ratifikasiya edib. Formal olaraq, BCM-ə üzv ölkələr orderi icra etməyə və Putini həbs etməyə borcludurlar.

FBK-nın hüquq şöbəsinin rəhbəri Vyaçeslav Qimadin qeyd edir ki, praktikada bu öhdəliklər heç də həmişə işləmir.

“De-fakto, həbs riski hər hansı sənədin imzalanmasından deyil, dövlətlərin siyasi maraqlarından, siyasi iradənin və saxlanmaq üçün resursların olub-olmamasından asılıdır”, – “Qimadi “Sirena” teleqram kanalı ilə söhbətində bildirib.

“AzPolitika.info”