Dünya

Monteneqro Rusiya vətəndaşlarının daşınmaz əmlakını dondurmağa başlayıb

Monteneqro Rusiya vətəndaşlarının daşınmaz əmlakını dondurmağa başlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqro Rusiya vətəndaşlarına məxsus daşınmaz əmlakı dondurmağa başlayıb.

Müvafiq sənəd dünən respublika hökumətinin saytında dərc olunub.

Monteneqronun daxili işlər naziri Filip Aciç iyunun 10-da bildirmişdi ki, sahibləri Rusiya vətəndaşları olan 44 daşınmaz əmlak dondurulacaq. Bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində həyata keçiriləcək.

Ekspertlərin qiymətləndirməsinə əsasən, Rusiya vətəndaşları və kompaniyaları Monteneqro iqtisadiyyatına ötən il 129 milyon dollar investisiya yatırıb, o cümlədən 49,46 milyon dollarlıq daşınmaz əmlak alıblar. Rusiyanın bu ölkədəki səfiri Vladislav Maslennikov xatırladıb ki, RF son 15 il ərzində Monteneqro iqtisadiyyatının ən böyük sərmayəçisi olub. Rusiyalı investorlar bu ölkəyə 15 ildə azı 1,5 milyard dollar investisiya yatırıblar.

Martın 1-də Monteneqronun hakimiyyət orqanları Avropa İttifaqının Rusiyaya qarşı bütün sanksiyalarına qoşulduqlarını elan ediblər. Prezident Milo Cukanoviç NATO-ya üzv ölkələrin sammitindən sonra Ukrayna ilə həmrəylik ifadə edib.

Bununla yanaşı, ölkənin müxtəlif şəhərlərində Rusiyaya dəstək aksiyaları keçirilir. Respublika vətəndaşları sanksiyaların ləğvi tələbi ilə 6 min imza toplayıblar. /Azərtac/