Koronavirus tədbirlərinin ani bir qərarla ləğv edildiyi Çində yoluxma və ölüm halları sürətlə artıb. Morqların dolub-daşdığı ölkədə günortadan sonra meyitlər küçənin ortasında yandırılmağa başlayıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, bir müddət xəstəxanalarda və meyitxanalarda yer olmadığına dair açıqlamalar və sosial mediada yayılan görüntülərdən sonra Şanxayın Huinan qəsəbəsindən bir video gündəmə bomba kimi düşüb.
Kadrlarda yas tutan ailənin koronavirusdan dünyasını dəyişən yaxınları üçün yerə çarşaf düzdüyü və kişini üzərinə qoyduqdan sonra yandırdığı görünür.
Digər tərəfdən sosial mediada paylaşılan foto və videolarda günorta küçənin ortasında və ya dayanacaqda mərasim keçirən çinlilər Covid-19-dan həyatını itirən vətəndaşlarını yandırıb vida ediblər. Bir çox köməksiz vətəndaşın öz yaxınlarını yandırdığı görülüb.