Dünya

Moskavada “bazar müharibələri” qurbanları: Rəşad Gəncinski nələrdə ittiham olunur?

Moskavada “bazar müharibələri” qurbanları: Rəşad Gəncinski nələrdə ittiham olunur?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsi bir qədər əvvəl azərbaycanlı  “qanuni oğru” Rəşad Gəncinskiyə ittiham irəl sürüb.

7Times.az-ın lent.az-a istinadən məlumatına görə, o, 12 il əvvəl Moskvanın İzmaylovsk rayonunda iki nəfərin qətlində günahkar bilinir.

Komitənin rəsmisi Yuliya İvanovanın açıqlamasına görə, istintaq Raşad İsmayılovun (Gəncinski) 2009-cu ilin mayında İzmaylovskda “Botik Petra” kafesinin yaxınlığında Məmmədəli Hüseynov və Qəşəm Verdiyevi qətlə yetirməsini araşdırır. Bundan əvvəl istintaq adıgedən şəxslərin adi bazar alverçisi olduqları, məişət zəminində öldürüldükləri qənaətinə gəlibmiş. Amma iş yenidən araşdırılanda məlum olub ki, sən demə, Hüseynov və Verdiyev əslində Moskvada bazar müharibələrin qurbanlarıdır. Araşdırma zamanı o da bəlli olub ki, hər iki şəxs 2007-ci ildə Bakıda Moskvada çalışan tanınmış iş adımı Raquf Rüstəmovu qətlə yetiriblər.

Bəs, kimdir bu Rüstəmov? Məlum olub ki, mərhum iş adamı Moskvada göyərti və meyvə-tərəvəz biznesində önəmli şəxslərdən olub. O, azərbaycanlı “qanuni oğru”, “Vaxa” ləqəbli Baxış Əliyevin himayəsində fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseynov və Verdiyev isə Rövşən Lənkəranskinin tərəfdarı olublar.

İstintaq belə qənaətə gəlib ki, onlar məhz Lənkəranskinin sifarişi ilə Rüstəmovu öldürüblər. Məqsəd isə iri meyvə-tərəvəz və göyərti bazarlarını ələ keçirmək imiş.

İndi məlum olur ki, 12 il əvvəl baş vermiş hadisədən iki nəfərin qətli məhz sifarişli imiş. Söhbət həm Lənkəranskidən qisas almaq, həm də başqa bir qüvvənin bazar uğrunda mübarizəsinin yolunu açmaq olub.

Həmin adamın isə “Lotu Quli” olduğu deyilir.