“Ankara özünün suveren, müstəqil siyasətini yeridir…”
“Putin Türkiyənin Ukrayna məsələsində, o cümlədən taxılla bağlı vasitəçilik səylərini yüksək qiymətəndirib…”
“Türkiyə Rusiyanın çox vacib tərəfdaşıdır və Moskvaya qarşı sanksiyalara qoşulmayıb. Ankara özünün suveren, müstəqil siyasətini yeridir”.
7Times.az xəbər verir ki, bu barədə “En Son Haber” nəşri yazıb.
Oxucular ona dəstək verib və qeyd edib ki, Moskva həqiqətən də, Vaşinqtondan fərqli olaraq, Ankaranın dostuna çevrilib.
“İzvestiya” qəzetinə müdahibəsində Peskov əsas diqqəti iki ölkə arasında dialoqa yönəldib və bəyan edib ki, bir sıra məsələlərdə ixtilaflar mövcuddur.
“Bizim aramızda müxtəlif məsələlərdə fikir ayrılıqları var”
Türkiyə ilə o cümlədən Ukrayna ilə bağlı ixtilaflardan danışarkən, Rusiya prezidentinin mətbuat katibi qeyd edib:
“Bizim müxtəlif məsələlər üzrə fikir ayrılığımız var, bunlara ilk növbədə Ukrayna aiddir. Biz Türkiyənin Ukrayna ilə bağlı mövqeyi ilə razı deyilik, lakin biz Türkiyə tərəfdaşlarımıza bizim dəlillərimizi, inandığımız, əmin olduğumuz şeyləri səbrlə çatdırmaqda davam edirik”.
“Heç şübhəsiz, Türkiyə bizə dost ölkədir”
Rusiya Türkiyəyə özünün mühüm tərəfdaşı kimi baxdığını vurğulayaraq, Dmitri Peskov belə nöqteyi-nəzərini ifadə edib:
“Heç şübhəsiz, Türkiyə bizə dost ölkədir. O, çox mühüm tərəfdaşdır, özü də həm beynəlxalq münasibətlər nöqteyi-nəzərdən siyasi işlərdə, həm də ticarət-iqtisadi əməkdaşıq baxımından”.
“Özünün suveren, müstəqil siyasətini yeridir”
“Anadolu” informasiya agentliyi məlumat verib ki, Kremlin rəsmi nümayəndəsi Türkiyənin Rusiyaya qarşı sanksiyalarına qoşulmadığı faktına diqqət çəkərək, qeyd edib:
“Türkiyə Rusiya əleyhinə qanunsuz sanksiyalara qoşulmayıb və suveren, müstəqil siyasət yeridir”.
Onun sözlərinə görə, Rusiya və Türkiyə siyasətdə və iqtisadiyyatda böyük potensiala malikdir.
Ankaranın ünvanına vasitəçilik səylərinə görə tərif
Bu potensialın imkanlarından hələ tam istifadə edilməməsini qeyd edərək, Peskov deyib ki, Türkiyə və Rusiya qarşılıqlı hörmət və fayda prinsiplərindən çıxış edərək, ikitərəfli qarşılıqlı əlaqəni davam etdirir.
Mətbuat katibi əlavə edib ki, Vladimir Putin Türkiyənin Ukrayna məsələsində, o cümlədən taxıl ixracı ilə bağlı vasitəçilik səylərini yüksək qiymətəndirib.
Follow @7timesaz