Dünya

Moskva işğal altındakı ərazilərdəki “referendum” çağırışlarına münasibət bildirib

Moskva işğal altındakı ərazilərdəki “referendum” çağırışlarına münasibət bildiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rəsmi Moskva Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasında (LXR), eyni zamanda işğal altındakı Xersonda “referendum” çağırışlarına ilk dəfə münasibət bildirib.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin sabiq Prezidenti Dmitri Medvedev teleqramda yazıb.
Onun fikrincə, “referendum”ların keçirilməsi Rusiyanın inkişaf vektorunu tamamilə dəyişəcək:
“Rusiya Federasiyasına yeni ərazilərin daxil olmasından sonra dünyada geosiyasi transformasiya dönməz xarakter alacaq. Rusiya ərazisinə müdaxilə bütün özünümüdafiə qüvvələrindən istifadə etməyə imkan verəcək. Konstitusiyaya edilən dəyişikliklərdən sonra Rusiyanın heç bir gələcək lideri hər şeyi geri qaytara bilməyəcək”.
D.Medvedevin qənaətinə görə, Kiyev və Qərb “referendum”lardan qorxur:
“Məhz buna görə də onları keçirmək vacibdir”.
Xatırladaq ki, ötən gün “DXR” və “LXR”in “ictimai palataları” ərazilərin Rusiyaya birləşməsi məqsədilə “referendum” keçirməklə bağlı çağırış ediblər. Eyni zamanda bu gün Xersonun işğal administrasiyası analoji “səsvermə”ni keçirəcəyini bəyan edəcəyini açıqlayıb.
Amerikalı analitiklər isə separatçıların bu addımının Rusiyanı “qəribə və alçaldıcı vəziyyətə” salacağını güman edirlər.