Hadisə

Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdi

Moskva Naxçıvanda vurulan helikopterlə bağlı Bakıya müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hərbi müstəntiqləri noyabrın 9-u axşam Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində vurulan helikoperlə bağlı Azərbaycandan hüquqi yardım istəyiblər.

7times.az Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, onlar Mi-24 helikopterinin vurulması ilə bağlı Bakıdan şəbhəli şəxslərlə bağlı əlavə məlumat almağa çalışırlar.

“Araşdırma zamanı bir sıra istintaq hərəkətlərinə, o cümlədən, bəzi şübhəlilərin müəyyənləşdirilməsinə, hadisənin baş vermə səbəblərini aydınlaşdırmağa ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan tərəfinə beynəlxalq hüquqi yardım göstərməsi ilə bağlı müraciət edilib”- deyə agentlik məlumat verib.yenisabah.az