Dünya

Moskvada çətin anlar: Xakerlər Ukrayna işğalının qisasını belə aldı  FOTO

Moskvada çətin anlar: Xakerlər Ukrayna işğalının qisasını belə aldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada yaşanan qəribə hadisə sosial mediada böyük səs-küyə səbəb olub.

Sfera.az bildirir ki, Rusiyanın “Yandex Taxi” proqramını hədəf alan xakerlər paytaxtda çətin anlar yaşadıb.

Belə ki, sözügedən proqramdan istifadə edən saysız-hesabsız insan taksiləri Kutuzovski prospektindəki eyni qəbul məntəqəsinə yönəldib. Yüzlərlə sürücünün eyni ünvana gəlməsi ilə şəhərin mərkəzində böyük tıxac və xaos yaşanıb. Şirkət daha sonra açıqlama verərək faktı təsdiqləyib.

“Forbes.ru”ya bildirilib ki,  sentyabrın 1-də səhər saatlarında “Yandex Taxi” xakerlərin hücumuna məurz qalıb:

Məlumata görə, bu hadisədən zərər çəkmiş şəxslərə və qurumlara təzminat ödənilib-ödənilməyəcəyi daha sonra müəyyənləşəcək. Qəribə anlar yaşanarkən Moskvada çəkilmiş və sosial mediada yayılan görüntülərdə onlarla sarı avtomobilin güclə hərəkət etdiyi görünüb. Maraqlı aksiyaya görə məsuliyyəti heç kim üzərinə götürməyib, lakin bu hadisələrin Ukraynanın işğalına etiraz etmək istəyən xakerlər tərəfindən təşkil edildiyi güman edilir.

 

“Onlarla sürücü müəyyən bir bölgəyə toplu sifarişlər alıb”.