Hadisə

Moskvadakı “Bakı evi” restoranı yaxınlığında DAVA – 3 erməni yaralandı, biri öldü

Moskvadakı “Bakı evi” restoranı yaxınlığında DAVA – 3 erməni yaralandı, biri öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın şərqində baş verən davada bir Ermənistan vətəndaşı ölüb, ikisi yaralanıb.

7Times.az Rusiya mediasına istinadla bildirir ki, zərərçəkənlər, ilkin məlumata görə, əkiz qardaşdır.

Məlumata görə, hadisə mayın 9-da gecə Rusakovskaya küçəsində baş verib. Saat 03.30 radələrində “Bakı evi” restoranının yaxınlığında vətəndaşlar arasında münaqişə başlayıb və nəticədə bıçaqlı davaya çevrilib.

 

Nəticədə ikisi 30 yaşlı əkiz qardaş olmaqla üç Ermənistan vətəndaşı ağır yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib, ikincisi mədə yarası ilə xəstəxanaya yerləşdirilib. Üçüncüsü, eyni zamanda Ermənistan əsilli, 31 yaşlı döş qəfəsi yarası ilə xəstəxanaya aparılıb.