“Fənərbaxça”nın prezidentliyə namizədi Əziz Yıldırım məşqçi Joze Mourinyo ilə müqavilə imzaladığını iddia edib.
7Times.az xəbər verir ki, Əziz Yıldırım bu barədə “Fənərbaxça”nın nümayəndələri ilə görüşdə deyib.
Əziz Yıldırım açıqlamalarında belə deyib:
“Mourinyo ilə görüşəcəm. Heç bir problem yoxdur, amma razılığa gəlsək, gələn həftə onu İstanbula gətirəcəm. Joze Mourinyo imza atıb, gəlməmək ehtimalı yoxdur. Müqavilə 3 ildir və 3 illik baş məşqçimiz Mourinyodur”.
Qeyd edək ki, Joze Mourinyo Türkiyə klublarının onunla maraqlandığı barədə açıqlamalar vermişdi.
Follow @7timesaz