Dünya

Mourinyo on oyunluq cəzalandırıldı

Mourinyo on oyunluq cəzalandırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatında on oyunluq diskvalifikasiya edilib.

Bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssis “Monza” ilə matçın baş hakimi Daniele Kiffinin ünvanına tənqidi fikirlərə görə cəzalandırılıb.

A Seriyasının 33-cü turu çərçivəsində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bundan sonra Roma təmsilçisi avrokubok zonasından çıxıb. Oyundan sonra Mourinyo Kiffini indiyə qədər gördüyü ən pis hakim adlandırıb.

Qeyd olunur ki, məşqçi diskvalifikasiyadan əlavə 50 min avro cərimələnib. Mourinyo 2023/2024 mövsümünün əvvəlindən diskvalifikasiya cəzası çəkəcək. Qarşılaşmalar avqustun 19-da başlayacaq.