İdman

Mourinyu bu kluba gedir – Görüşdülər, danışdılar, razılaşdılar

Mourinyu bu kluba gedir – Görüşdülər, danışdılar, razılaşdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyalı baş məşqçi Joze Mourinyu Fransa çempionatına keçməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, PSJ təcrübəli mütəxəssisin yeni iş yerinə çevriləcək.

İnformasiyanı “La Repubblica” yayıb. Mənbənin məlumatına görə, tərəflər danışıqlar aparıb və əməkdaşlığın detalları barədə razılığa gəliblər. Müqavilə cari mövsümün sonunda rəsmiləşəcək.

Hazırda “Roma”nın baş məşqçisi olan 60 yaşlı mütəxəssisin müqaviləsi gələn ilin ortalarına kimi hesablanıb.

Xatırladaq ki, hazırda PSJ-nin baş məşqçi postunu Kristof Qaltye tutur. Klub rəhbərliyi məşqçinin işindən narazıdır və onun qovulmasına hazırlaşır.