“Roma”nın baş məşqçisi Joze Mourinyu “Real”a rəhbərlik edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı “Todofichaj” yayıb.
Mənbənin məlumatına görə, italiyalı mütəxəssis Karlo Ançelottinin mövsümün sonunda “Real Madrid”i tərk edəcəyi dəqiqləşib.
Madrid klubunun rəhbərliyi baş məşqçi postuna ya “Bayer”in çalışdırıcısı Xabi Alonsonu, ya da portuqaliyalı Joze Mourinyunu dəvət edəcək.
Qeyd olunub ki, Leverkuzen təmsilçisinin Xabi Alonsonu buraxmaq fikrində deyil. Belədə Jozenin təyinatı daha real görünür. Onun “Real”ın prezidenti Florentino Pereslə yaxşı münasibəti də vurğulanıb.
Xatırladaq ki, Mourinyu 2021-ci ildən “Roma”ya rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2024-cü ilə qədərdir. O, əvvəllər “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter” və “Portu”nu çalışdırıb.
Follow @7timesaz