Dünya

Mövlud Çavuşoğlu: “Türk dünyasındakı həmrəyliyin dərinləşməsinə çalışırıq”

Mövlud Çavuşoğlu: “Türk dünyasındakı həmrəyliyin dərinləşməsinə çalışırıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk dünyasındakı həmrəylik və birliyin daha da dərinləşməsi istiqamətində çalışmağa davam edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

O, 3 oktyabr- Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü münasibətilə türkdilli dövlətləri təbrik edib.

Xatırladaq ki, Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü 2009-cu ildən qeyd olunur. Həmin ilin oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin liderlərinin zirvə görüşü keçirilmişdi.