Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövlud Çavuşoğlu Yaponiyanın sabiq baş naziri Abe Şinzonun dəfn mərasimində iştirak etmək üçün 26-27 sentyabr tarixlərində Yaponiyaya səfər edəcək.
Səfər çərçivəsində Mövlud Çavuşoğlunun Yaponiya xarici işlər naziri Hayaşi Yoşimasayla da görüşü nəzərdə tutulub.
Follow @7timesaz