Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işi qaldırılıb.
7Times.Az QAZİLER.AZ-a istinadla xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə məlumat verib.
“Nəhayət mənim rüşvətxorlara qarşı apardığım mübarizəm öz nəticəsini verdi və 1 illik əziyyətim hədər getmədi. Mənə dünən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən 200206034 №-li rəsmi cavab məktubu gəldi. Faktlar öz təsdiqini tapdı. Mənim Baş Prokurorluğa və digər dövlət orqanlarına göndərdiyim müraciətlərim əsasında aparılmış araşdırma zamanı toplanmış materiallar üzrə 09 iyul 2020-ci ildə fakta görə Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə qanunsuz hərəkətlərə yol vermiş Müdafiə Nazirliyinin vəzifəli şəxsləri barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmışdır. Aparılmış şəffaf və obyektiv araşıdırmaya görə Azərbaycan Respublikasının Baş Prokuroruna və Hərbi Prokurora öz dərin minnətdarlığımı bildirirəm. İstintaq sirri olduğundan burada çox şeyləri yazmayacam. Lakin prosesin gedişatında əlavə olaraq digər faktları da Prokurorluğa təqdim edəcəm. Bundan əlavə efir məkanlarından istifadə edərək jurnalistlərimizin iştirakı ilə xalqımıza korrupsioner Zakir Həsənov və Nəciməddin Sadıkov (eyni zamanda onların yaxınları və qohumlarının qnunsuz əməlləri) haqqında daha geniş məlumat verəcəm. Bu dəfəki çıxışımda bir çox faktların şahidi olacaqsınız.
Məni əvvəllər “erməni dəyirmanına su tökən” kimi qələmə verməyə çalışan bəzi “hərbi ekspert”lərin əgər kişiliyi çatırsa indi çıxsınlar ortalığa. İndi görəsən nə deyə biləcəklər? Məgər sizlər deyildiniz məttahlıq edib korrupsioner ordu rəhbərliyini tərifləyənlər.
Dostlar, mənim bununla işim bitmir. Bu hələm başlanğııcıdır. Hətta Ordu rəhbərliyini vəzifədən uzalaşdırsalar da, şəxsən mən onlardan əl çəkən deyiləm. Onlar cinayət məsuliyyətinə cəlb edilməyənə, əmlakları müsadirə olunmayana və oğurladıqları Şəhidlər xiyabanının ərazisini qaytramayana qədər əlim onların yaxasında olacaq. Xalqımıza onların iç üzünü tanıtdıracam və onları rüsvay edəcəm.
Məni bu uzunsürən mübarizədə dəstəkləyən ehtiyatda olan hərbiçi dostlarıma və jurnalistlərə də öz təşəkkürümü bildirirəm.
PS: Barəsində cinayət işi açılanlardan biri də Mərdəkandakı Hərbi İstirahət evinin rəisi polkovnik-leytenant Cavad Nərimanovdur. Məndə olan məlumata görə 12 avqust 2020-ci il tarixində bir əmrlə 33 nəfər mülki şəxsi işdən azad edib. İşçilərinə deyib ki, barəsində cinayət işi açılıb və işi bir az yüngülləşsin deyənə onlardan xahiş edib ki, könüllü işdən çıxma haqqında ərizə yazsınlar. Mən buradan Nərimana sual veririəm: fəaliyyət göstərməyən İstirahət Mərkəzində ayda təxminən 400-415 manat əmək haqqı alan bu qədər işçilərin saxlanmasına nə səbəb var idi? Deyilən görə onların heç biri işə çıxmırdı və hər biri sənə öz maaşından 100 manat rüşvət verirdi. Görünür elə o pullarla zəbt etdiyin İstirahət Mərkəzinin ərazisində özünə villa tikmisən. Hazırlaş bu dəfə səni başqa “İstirahət mərkəzinə” göndərəcəklər və gedib bir az istirahət edərsən, dalınca da himayədarların.
Şəkildəki villanın sahibi polkovnik-leytenant Nərimanov Cavada məxsusdur (yoldaşının dayısının adına sənədləşdirib). Ayda 800 manat maaşı olan istirahət evinin rəisi görəsən hansı pullarla villanı tikir?
Digər villalanın sahibi isə Zakir Həsənovun bacanağı Elxan İbrahimova məxsus olduğu deyilir. Sən də qusmağa hazırlaş”.
Follow @7timesaz