Ölkə

Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partladı – YARALI VAR

Müdafiə Sənayesi Nazirliyinin zavodunda minaatan partladı – YARALI VARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu”nda sursat partlayıb.

 

7Times.az  APA-ya istinadən xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

 

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

 

“Bir nəfər – Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, – deyə məlumatda qeyd olunur.